Azərbaycan və Rusiya arasında sərhədkeçmə məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında sərhədkeçmə məsələləri müzakirə olunub

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov arasında işçi görüş keçirilib.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

“Samur” dövlət sərhədindən buraxılış məntəqəsində keçirilən görüşdə Azərbaycan və Rusiya vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (Azərbaycan) – “Yaraq-Qazmalar” (Rusiya) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş