“Azal”ın alacağı “Boeing” təyyarələri üçün qanad ucluğu sifariş verilib

“Azərbaycan Hava Yolları” QSC (“Azal”) ABŞ-ın “Aviation Partners İnc.” Şirkətinə “Boeing 767-300ER” və “Boeing 767-300F” təyyarələri üçün qanad ucluğu sifariş verib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Aviation Partners İnc.” Şirkətinin yaydığı press-relizdə məlumat verilib.

“Azal”ın sifarişi üzrə istehsal olunmuş təyyarələrə Atlantada yerləşən “Delta Tech Ops” müəssisəsində qanad ucluqları quraşdırılacaq.

Dörd qanad ucluğunun 2012-ci ilin üçüncü rübündə quraşdırılması nəzərdə tutulur.

Qanad ucluqlarının “Blended Winglet” texnologiyası hər təyyarədə ildə 1.7 milyon tona qədər yanacağa qənaət etməyə imkan verir və yükgötürmə qabiliyyətini artırır.

“Boeing” şirkətinin satış üzrə direktoru Kristofer Staffordun sözlərinə görə, “Blended Winglet” “Azal”a yükdaşımanı artırmağa kömək edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş