Azərbaycan 10-dan çox ölkəyə silah və sursat ixrac edir

Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyəixrac edilir.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində yazıb.

İxrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahları, pilotsuz uçuş aparatlarını və s. göstərmək olar.

Yavər Camalov onu da qeyd edib ki, president İlham Əliyevin xüsusi tapşırığına əsasən, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılmış yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının sınaqları uğurla başa çatdırılıb və sentyabrın 21-də respublika Prezidentə təqdimatı keçirilib. Azərbaycan Silahlı Qüvvələrini yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu da imzalanıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş