Azərbaycan Ali Hərbi Məktəbi Vyetnamın dövlət mükafatlarına layiq görülüb

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin hazırkı komandanı, kontr-admiral Fam Xoay Nam və hərbi dənizçilərinin bir qismi də AAHM-nin məzunları olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş