Azərbaycan Belarusun PUA istehsalı texnologiyası ilə maraqlanır

Azərbaycan Belarus istehsalı olan pilotsuz uçuş aparatının (PUA) yaradılması texnologiyası ilə maraqlanıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Belarusun “Elmi-tədiqiqat çoxfunksiyalı pilotsuz uçuş aparatlarının istehsalı Mərkəzi”nin direktor müavini Aleksandr Şavlev jurnalistlərə deyib.

O bildirib ki, Monqolustan və Azərbaycan mühəndisləri təmsil etdiyi qurumun PUA texnologiyasını mənimsəmək istəyirlər.

A. Şavlevin sözlərinə görə, indiyə kimi adıçəkilən müəssisə bir çox ölkələrin analoji qurumları ilə PUA sahəsində məkdaşlıq edib. Bu proses indidə davam edir:

“Hazırda müəssisədə “Busel”, “Burevestnik”, “Dirijabl” adlı PUA-lar istehsal olunur.  Bu PUA-lar optik-elektron, uçuş və eniş, o cümlədən dəqiqliyi ilə analoqları sırasında ən yaxşılarından sayılırlar”.

O, Belarusun PUA istehsalı sahəsində daha yaxşı nəticələr əldə edcəyini də qeyd edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş