Azərbaycan-Gürcüstan dövlət sərhədini pozan şəxs tutulub

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları dövlət sərhədinin pozulmasının qarşısını alıblar.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”ə verilən məlumat görə, dövlət sərhədinin pozulması faktı ilə əlaqədar həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gürcüstanda törətdiyi cinayət əməlindən yayınaraq Azərbaycanda gizlənməyə cəhd edən Gürcüstan vətəndaşı, 22.10.1989-cu il təvəllüdlü Xələfov Qəmin Ayvaz oğlu saxlanılıb.

Q.Xələfovun gizləndiyi Şəmkir rayonu, Şiştəpə kəndi ərazisində yerləşən balıqçılıq təsərrüfatının inzibati binasına keçirilmiş baxış zamanı ona məxsus 1 ədəd PM markalı tapança, 1 ədəd daraq və 2 ədəd 9 mm patron aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

 

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş