Azərbaycan, Gürcüstan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olacaq

Gələn il Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri səviyyəsində görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə “AzeriDefence” Gürcüstanın Müdafiə Nazirliyinə istinaədn məlumat verib.

Baş Qərargah rəislərinin görüşü Gürcüstanda baş tutacaq. Görüşün dəqiq tarixi açıqlanmayıb.

Baş Qərargah rəisləri 3 ölkə arasında hərbi əməkdaşlığın müxtəlif spektrlərdə inkişafını, o cümlədən hərbi təlim və tədris məsələlərini müzakirə edəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş