Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi başlayıb

Bu gündən Gürcüstan Silahlı Qüvvələrinin Saçxere təlim mərkəzində Gürcüstan, Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı -2017” (Caucasus Eagle-2017) təlimləri başlayıb.

“AzeriDefence”nin məlumatına görə, təlimlər iyunun 14-dək davam edəcək.

Təlimə hər ölkədən tam təchizatlı bir xüsusi təyinatlı bölmə qatılıb.

Təlimdə müxtəlif obyektlərin tutulması, hava desantının endirilməsi, xilasetmə, dağlıq şəraitində əməliyyatların keçirilməsi və s. ssenarilər işlənəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş