Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının təlimindən FOTO və VİDEO

Gürcüstan Müdafiə Nazirliyinin Vazianidəki 4-cü mexanikiləşdirilmiş briqadasının bazasında Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı-2017” təlimi davam edir.

Təlimdə üç ölkənin xüsusi təyinatlıları birgə əməliyyatların keçirilməsi sahəsində bilik və təcrübə mübadiləsi aparırlar.

Təlimdə praktiki atışlarla yanaşı mühəndis, paraşütlə atlayışlar, tibbi yardım və evakuasiya və s. məsələlər icra olunur.

Qeyd edək ki, təlim iyunun 4-də başlayıb və 14-də başa çatacaq. Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə ilk belə təlim Türkiyədə keçirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş