Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşəcək

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri, xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Bu barədə “AzəriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək

KATEQORIYA:
Bu xəbəri paylaş