Azərbaycan HDQ-nin heyəti “Dəniz Kuboku”nun ilk günü 60 balla ikinci oldu – FOTOLAR

Rusiyada “Ordu-2016” beynəlxalq yarışları çərçivəsində “Dəniz Kuboku”nun avqustun 3-də keçirilmiş birinci mərhələsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) heyəti uğurla çıxış edib.

“AzeriDefence”nin yarışın saytına istinadən verdiyi məlumata görə, birinci mərhələdə Azərbaycan HDQ-nin gəmiləri hava hədəflərinə atışlardan 40 bal toplayaraq qrup üzrə birinci, Qazaxıstan 35 balla ikinci, Rusiya isə 30 balla üçüncü olub.

Kiçik ölçülü hədəflərə atışda isə 40 balla Qazaxıstan birinci, 20 balla Azərbaycan ikinci, 15 balla Rusiya üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə ilk çıxışda Azərbaycan HDQ 60 balla qrup üzrə ikinci yerdədir.

Qeyd edək ki, beynəlxalq yarışda Azərbaycan HDQ G-122 və G-124 gözətçi və bir yedək gəmisi ilə təmsil olunur.

_DSC6524

_DSC6444

_DSC6076

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş