Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edir
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan hərbçiləri noyabrın 7-dən 9-dək Praqa şəhərində (Çexiya) keçirilən Kiber müdafiə sahəsi, gələcək ikitərəfli münasibətlərin qurulmasına dair təcrübə mübadiləsində, noyabrın 7-dən 10-dək Kunqsangen şəhərində (İsveç) keçirilən Təcrübələrin öyrənilməsi üzrə NATO qərargah zabiti kursunda və noyabrın 7-dən dekabrın 4-dək Kəraçi şəhərində (Pakistan) keçirilən Hidroqrafiya və Okeanoqrafiya kursunda iştirak edir.
KATEQORIYA: Müdafiə