Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, fevralın 8-dən 12-dək İspaniyanın paytaxtı Madriddə  NATO-da tibbi qiymətləndirmə kursu və Almaniyanın Oberammerqau şəhərində resursların idarə edilməsi üzrə təhsil proqramı kursu, fevralın 8-dən 19-dək isə Almaniyanın Qarmiş-Partenkixen şəhərində dil testi üzrə seminarlar keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş