Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərə qatılacaqlar
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Bu barədə “AzeriDefence” Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan hərbçiləri oktyabrın 4-dən 9-dək Helsinki şəhərində (Finlandiya) Beynəlxalq Dil Koordinasiyası bürosunun “Peşəkarlıq səviyyəsinin artırılması” mövzusunda seminara, oktyabrın 5-dən 9-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2015” Komanda Qərargah təliminə, oktyabrın 5-dən noyabrın 27-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursuna qatılacaqlar.
KATEQORIYA: Müdafiə