Azərbaycan hərbçiləri Gürcüstanda NATO kursunda iştirak edirlər

Gürcüstan Silahlı Qüvvələrinin Vaziani hərbi bazasında NATO-nun dəstəyi ilə Logistika cavabdehləri kursu başlayıb.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Norveç və Finlandiya mütəxəssisləri tərəfindən keçirilən kurs nəzəri və praktiki hissədən ibarətdir. Iki həftəlik kursda Gürcüstan, Azərbaycan və Moldovadan Müdafiə nazirliklərinin nümayəndələri qaıtılıblar.

Kursda NATO-nun logistika konsepsiyası və funksiyaları, çoxmillətli logistika və onun koordinasiyası, habelə əməliyyatların logistik dəstəyi barədə biliklər tədris olunacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş