Azərbaycan hərbçiləri Pakistanda AMAN-2017 beynəlxalq dəniz təlimində iştirak edəcəklər

Fevralın 10-dan 14-dək Pakistanın Karaçi şəhərində AMAN-2017 çoxmillətli beynəlxalq dəniz təlimləri keçiriləcək.

Bu barədə “AzeriDefence” Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr mərkəzinə (İSPR) istinadən məlumat verib.

Pakistan Dəniz Qüvvələrinin donanma komandanı vitse-admiral Arifullah Hüseyn bildirib ki, təlimdə dəniz mühitində yeni təhlükəsizlik təhdidləri ilə mübarizə imkanları nəzərdən keçiriləcək.

Təlim liman və dənizdə olmaqla iki mərhələdə keçiriləcək.

Təlimdə Pakistan daxil olmaqla 37 ölkə – ABŞ, Avstraliya, Azərbaycan, Bəhreyn, Banqladeş, Braziliya, Çin, Danimarka, Misir, Fransa, İndoneziya, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Küveyt, Malayziya, Maldiv, Mərakeş, Myanma, Nigeriya, Cənubi Sudan, Oman, Filippin, Polşa, Qatar, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Cənubi Koreya, Şri Lanka, Tanzaniya, Türkiyə, Türkmənistan, BƏƏ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin qruppları iştirak edəcəklər. Təlimə  Çin, ABŞ və Rusiya donanmasının hər biri üç gəmi ilə qatılacaq.

Qeyd edək ki, AMAN çoxmillətli dəniz təlimləri bundan əvvəl 2007, 2009, 2011 və 2013-ci illərdə təşkil edilib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları əvvəlki illərdə keçirilən AMAN təlimlərində iştirak edərək göstərdikləri yüksək bacarəıa görə təltif olunublar.

KATEQORIYA:
Bu xəbəri paylaş