Azərbaycan hərbçiləri Türkiyədə “Efes-2018” təlimində iştirak edəcəklər

Azərbaycan hərbçiləri may ayınnın 7-dən 11-dək Türkiyənin İzmir şəhəri yaxınlığında keçiriləcək “Efes-2018” genişmiqyaslı taktiki təlimlərdə iştirak edəcəklər.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Türkiyənin Silahlı Qüvvələrindən məlumat verilib.

Təlimdə Azərbaycan Ordusunun bir xüsusi təyinatlı bölməsinin iştirakı gözlənilir. Təlimin əsas mərhələsini izləmək üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənov və digər hərbi qurumların rəhbərləri Türkiyəyə dəvət olunublar.

Azərbaycan hərbçiləri bundan əvvəl, 2016-cı ildə keçirilən “Efes” təlimində iştirak ediblər.

Təlim mərkəzində Türkiyənin müdafiə sənayesi şirkətlərinin imkan və potensialları, ordunun istifadəsinə təqdim edilmiş və ediləcək yeni texnika və silah növlərinin nümayişi də olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş