Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı Koreyada səfərdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri Baş komandanının dəvəti ilə Koreya Respublikasına işçi səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadə Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin Baş komandanı ilə görüşüb.

Görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı 1-ci dərəcəli kapitan H.Rüstəmzadə Hərbi Dəniz Akademiyasının su-qayıq donanmasının gəmi inşaat müəssisəsində və bir sıra başqa hərbi obyektlərdə olub.

KATEQORIYA:
Bu xəbəri paylaş