Azərbaycan Hərbi Dəniz Qüvvələri Rusiya və Qazaxıstanla birgə təlimlərə qatılacaq

Xəzər dənizində region ölkələrinin qatıldığı “Qafqaz-2016” komanda-qərargah təlimləri keçiriləcək.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Təlimlərə Azərbaycan, Qazaxıstan və Rusiya hərbi dəniz qüvvələrinin gəmiləri qatılacaq.

Rusiya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə keçirilən komanda-qərargah təlimləri bu sahədə üç tərəfli əməkdaşlığı inkişaf etdirməyə xidmət edir.

Gəmilərin baza məntəqəsi Maxaçqaladakı hərbi dəniz limanı olacaq.

 

KATEQORIYA:
Bu xəbəri paylaş