Azərbaycan HHQ-nin komandanı Bəhreyn aviaşousunda iştirak edib

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov 21-23 yanvatr tarixlərində Bəhreynin paytaxtı Manama şəhərində keçirilmiş “Bahrain Airshow-2016” sərgi və aviaşousunda iştirak edib.

“AzeriDefence”nin məlumatına görə, səfər çərçivəsində R.Tahirov Bəhreyn Müdafiə Qüvvələrinin baş komandanı, marşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlı və əlaqələrin inkişaf etdirilməsi müzakirə olunub.

Azərbaycan HHQ-nin komandanı sərgidə iştirak edən şirkətlərin nümayiş etdirdikləri məhsullarla yaxından tanış olub, əməkdaşlıq imkanlarını müzakirə edib.

ROKETSAN şirkətinin yaydığı məlumata görə, R. Tahirov sərgi çərçivəsində bu şirkətin stendində olub. Şirkət rəhbərliyi tərəfindən ona ROKETSAN istehsalı olan silah sistemləri barədə geniş məlumat verilib.

Azerbaycan-Hv.-Kuv.-Komutanı-Ramiz-Tahirov

KATEQORIYA:
Bu xəbəri paylaş