Azərbaycan HHQ-nin komandanı Ukraynada səfərdə olub

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Ramiz Tahirovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub.

Bu barədə “AzeriDefence” Ukrayna Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Aprelin 18-də keçirilmiş görüş zamanı iki ölkəninin müvafiq qurumları arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

“Görüşdə ölkələrimiz arasında əməkdaşlıq, təcrübə mübadiləsi, terrorizm və hərbi təhdiidlərlə mübarizə məsələləri müzakirə olundu. Bu sahədə təcrübə mübadiləsini dərinləşdirmək qərara alındı”, – deyə general-leytenant R. Tahirov vurğulayıb.

Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Sergey Drozdov Ukrayna Silahlı Qüvvələrinin dialoq və əməkdaşlığa açıq olduğunu deyib.

KATEQORIYA:
Bu xəbəri paylaş