Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Sentyabrın 25-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Azərbaycandakı səfiri Gennadi Axramoviç ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin yaxın vaxtlarda Azərbaycanın müdafiə nazirinin Belarusa planlaşdırılan səfərinin detallarını və keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələləri də müzakirə ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş