Azərbaycan ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur

Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plenar iclasdan əvvəl iştirakçılar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.

Tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş