Azərbaycan İsraildən 5 milyard dollarlıq silah və müdafiə təyinatlı avadanlıq alıb

Azərbaycan və İsrail müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir.

“AzeriDefence”nin Prezidentin sayıtına istinadən verdiyi məlumata görə, bu gün sənədlərin imzalanması mərasimindən sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuata bəyanatla çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün dövlət başçısı bir rəqəmi diqqətə çatdırıb: “İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.

KATEQORIYA:
Bu xəbəri paylaş