Azərbaycan istehsalı olan təlim aviasiya bombaları –XARİCİ ANALOQLARINDAN HANSI ÜSTÜNLÜKLƏRƏ MALİKDİR?

Azərbaycanın istehsal etdiyim təlim aviasiya bombaları hazırda özünün bir sıra imkanlarına görə, dünya bazarındakı analoqlarını üstələyir.

Bunu “Azeri Defence” jurnalına müsahibəsində Müdafiə Sənayesi Nazirliyinin “Aqreqat” İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev bildirib.

F.Cəfərquliyevin sözlərinə görə, müəssisədə istehsal edilən təlim aviasiya bombaları hazırda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir.

“Xarici ölkələr də bu növ bombalara böyük maraq göstərir. Bu bombaların sovet, Rusiya və Ukraynada istehsal edilən təlim aviabombalarından bir çox üstünlükləri var. Birincisi, bizim istehsal etdiyimiz bombalar Azərbaycanda yaradılıb. Üç ildir bu məhsulun istehsalı ilə məşğuluq. Hər il də müəyyən qədər sifarişlər alırıq. İstifadəçilər məhsuldan razılıq edirlər. İkinci və ən mühüm üstünlüyü bombalarımızın çoxistifadəli və təhlükəsiz olmasıdır. Atışdan sonra bomba partlamır və onu təkrar dolduraraq istifadə etmək mümkündür”, – deyə müəssisə rəhbəri vurğulayıb.

Qeyd edək ki, hazırda Azərbaycan MSN müəssisələrində 25, 50, 100 kq-lıq təlim aviabombalarının tüstü, işıqsaçan və izburaxan növlərinin istehsalı həyata keçirilir.

tab

KATEQORIYA:
Bu xəbəri paylaş