Azərbaycan İtaliya şirkəti ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq edəcək

 Bu gün əməkdaşlığa dair saziş imzalanacaq

Bu gün Azərbaycan və İtaliyanın “Finmeccanica” şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalanacaq.

“AzeriDefence”nin Trend-ə istinadən verdiyi məlumatına görə, bunu jurnalistlərə Azərbaycan-İtaliya biznes-forumunda iştirak etmək üçün Bakıya gəlmiş İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycanda İtaliyanın ölkəyə investisiya yatırmaq istəyən 4 böyük şirkəti var.

“Onlar İtaliyanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən iri şirkəti “Finmeccanica”, “Danieli” metallurgiya şirkəti, İtaliyanın fındıqçılıq sahəsində ən iri şirkəti “Ferrero” və “Telecom Italia Sparkle” telekommunikasiya şirkətidir”.

KATEQORIYA:
Bu xəbəri paylaş