Azərbaycan İtaliyadan B-Max zireh lövhələri alıb

Azərbaycan İtaliyanın B-Max firmasından yüksək qorumalı zireh lövhələri alıb.

“AzeriDefence”nin məlumatına görə, şirkət Azərbaycanın sifarişi üzrə zirehlərin çatdırılmasını 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində həyata keçirib.

2014-cü ilin mart ayında bədən zirehinin Azərbaycanda testləri keçirilib. Şirkətin rəhbərliyinin iştirakı ilə keçirilən testlərdə bədən zirehləri yüksək performans və qoruma səviyyəsini sübuta yetirib. Testlər zamanı hər bir zireh lövhəsinə 2.5 metrdən başlayaraq 100 metr məsafəyədək uzaqlıqdan fərqli kalibrli silahlardan (“Makarov” markalı tapança, “Kalaşnikov” avtomatından 5.45 və 7.62 mm çaplı güllələrdən, SVD snayper tüfəngi və “Kalaşnikov” pulemyotundan) 25 və 28 atəş açılıb. Zirehlər bütün hallarda güllələri buraxmayıb və heç bir problem qeydə alınmayıb.

Zirehin hazırlanmasında nano texnologiyaların tətbiqi ilə alınmış xüsusi kompozit materialdan istifadə olunur. Bir lövhənin çəkisi 3.2 kq təşkil edir.

B-Max bədən zirehləri xarici analoqlarından yüksək qoruması, kinetik enerjini udması, antitravma xüsusiyyəti ilə fərqlənir.  Şirkət Azərbaycanla yanaşı 2014-cü ildə İraq Kürdüstanının peşmərgə qüvvələrinə də satış həyata keçirib.

B-Max komplektinin bir ədədinin qiyməti təxminən 3 min avro civarındadır.

Testlərdən sonra B-Max zireh lövhəsi

bi-max (2)

 

KATEQORIYA:
Bu xəbəri paylaş