Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub

Erməni tərəfi yenidən cəbhədə vəziyyəti gərginləşdirir.

Bu barədə “AzeriDefence” yə Müdafiə Nazirliyinin mətbut xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.

Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş