Azərbaycan Müdafiə Nazirliyi: “Erməni mediası növbəti dəfə yalan məlumat yayıb”

Ermənistanın elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində guya təxribat törətməsi və itki verməsi barədə növbəti dəfə yalan məlumat yayıblar.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidməti “AzeriDefence”nin sorğusuna cavab olaraq bildirib.

Müdafiə Nazirliyi qeyd edir ki, düşmən tərəfi ictimaiyyəti çaşdıran və həqiqətə uyğun olmayan bu cür xəbərləri yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq məqsədi daşıyır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib və qoşunların təmas xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Xatırladaq ki, erməni KİV-i yanvarın 14-dən 15-ə keçən gecə atəşkəsin pozulduğunu və guya Azərbaycan Ordusunun itki verdiyinə dair həqiqətə uyğun olmayan xəbər yayıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş