Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan mülki əhalini silahlandırıb səngərə doldurur

Ermənistanın sərhəd kəndlərində növbətçilik qaydasında silahlı “drujinniklərin” mühafizəyə cəlb olunması Azərbaycan üçün yeni xəbər deyil.

Bunu “AzeriDefence”nin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Nazirlikdən bildirilib ki , əgər əvvəllər düşmən tərəfi bu cür praktikadan yalnız işğal olunmuş ərazilərdə istifadə edirdisə, bu gün artıq dövlət sərhəddində də erməni kəndlərinin mühafizəsinə rəsmi olaraq ordudan başqa mülki şəxsləri də cəlb etmək məcburiyyətində qalıb.

“Dəfələrlə bildirdiyimiz kimi, qarşı tərəfin yerli əhalidən olan mülki şəxsləri silahlandıraraq səngərlərə doldurması Ermənistan ordusunda kritik həddə çatan əsgər çatışmazlığı, hərc-mərclik, nizam-intizamsızlıq və fərarilik hallarının artmasından, həmçinin Azərbaycan əsgərinin xofu və qorxusundan irəli gəlir.

Bunun əksinə olaraq Silahlı Qüvvələrimizdə xidmət böyük ruh yüksəkliyi, əzmkarlıqla təşkil edilib, şəxsi heyət qabaqlayıcı tədbirlər görməklə düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır və ona sarsıdıcı zərbələr endirir”,-deyə Müdafiə Nazirliyi bəyan edib .

 

 

received_1026327927412280

 received_1026327887412284

KATEQORIYA:
Bu xəbəri paylaş