Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana cavab: “İstənilən silahdan istifadə etmək hüququna sahibik”

Azərbaycan Ordusu sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır.

“AzeriDefence”in məlumatına görə, bu bəyanatla Azərbaycan Müdafiə Nazirliyi çıxış edib.

Müdafiə Nazirliyinin mətbuat xidməti Xocavənd istiqamətində Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı “Spike” tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab olaraq qeyd edib ki, fevralın 28-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib.

Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib.

Müdafiə Nazirliyi əlavə olaraq bildirib ki, son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir.

KATEQORIYA:
Bu xəbəri paylaş