Azərbaycan Müdafiə Nazirliyi Nikolay Bordyujanın açıqlamasına reaksiya verdi

Azərbaycan Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərlə münasibət bildirib.

“AzeriDefence”nin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, münaqişənin sülh yolu ilə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun  həllində Azərbaycan ən çox maraqlı olan tərəfdir.

Ermənistan hər dəfə cəbhəboyu zonada vəziyyəti gərginləşdirdikdən və Azərbaycan tərəfinin cavab addımlarından sonra hay-küy salaraq özünü dünya ictimaiyyətinin gözündə məzlum, yazıq görsətməyə çalışmaqla heç nəyə nail ola bilməyəcəkdir.

Münaqişənin yeganə çıxış yolu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş  Komandanı cənab İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi erməni silahli birləşmələrinin işğal etdikləri ərazilərimizi tezliklə tərk etməsidir. Hesab edirik ki, beynəlxalq qurumlar da bu işdə böyük rol oynamalı, konstruktiv mövqe tutması üçün Ermənistana təzyiqlər göstərməlidir.

747a49d300db4164cd837bf54baa4b9c

 

KATEQORIYA:
Bu xəbəri paylaş