Azərbaycan Müdafiə Nazirliyindən xəbərdarlıq: Daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə edəcəyik

Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar.

“AzeriDefence”nin sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, belə vəziyyətdə beynəlxalq qurumlar nədənsə erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya vermədən göz yumurlar.

“Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

Qeyd edək ki, sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən miaatanlardan da istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.

KATEQORIYA:
Bu xəbəri paylaş