Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ryazan Hava-Desant Komandirləri Məktəbinə səfər edib

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Rusiyanın Ryazan Ali Hava-Desant Komandirləri Məktəbinə səfər edib.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən gün məktəbin komandanlığı və nümayəndə heyəti arasında görüş keçirilib.

Azərbaycan nümayəndə heyəti kursantların hazırlığı və ali hərbi məktəbin tədris-maddi bazası ilə tanış olacaqlar. Azərbaycan zabitləri həmçinin məktəbin hava-desant və atış komplekslərinə baş çəkəcək, aerodinamik borusuna və poliqona baxacaqlar.

Azərbaycanın hərbi nümayəndə heyətinin səfəri Rusiya Müdafiə Nazirliyinin beynəlxalq fəaliyyətinin Planına uyğun olaraq reallaşıb və 23 dekabra qədər davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş