Azərbaycan müdafiə xərclərini 3.3% artırır

Azərbaycanın 2016-cı il üzrə dövlət büdcəsində müdafiə xərclərinə 1 837,8 (1 milyard 838 milyon manat) vəsait ayrılması proqnozlaşdırılır.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən açıqlanmış büdcə proqnozunda bildirilib.

Azərbaycanın 2016-cı ildə müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəəsaitin həcmi 2015-ci ilin müvafiq göstəricisindən 3.3% çox olacaq.

Qeyd edək ki, 2015-ci il üçün müdafiə xərcləri 1 milyard 778,5 milyon manat nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş