Azərbaycan optik cihazların ixracına başlayacaq

Azərbaycan adı açıqlanmayan müştəriyə periskoplar daxil olmaqla bir neçə adda optik cihaz ixrac edəcək.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev bildirib.

Ç. Əliyevin sözlərinə görə, ixraca dair müvafiq sənəd ADEX-2016 sərgisi çərçivəsində imzalanıb.

Müəssisə rəhbəri ixracın həcmi barədə əlavə məlumat verməyib.

“Bu müqavilə Azərbaycan istehsalı olan optik cihazların ixracında mühüm addımdır. Düşünürəm ki, bundan sonra da danışıqlarımız davam edən müştərilərlə eyni müqavilələrimiz olacaq”, – deyə müəssisə rəhbəri vurğulayıb.

Ç. Əliyev qeyd edib ki, hazırda “Optika-Mexanika” İstehsalat Birliyi Azərbaycan Silahlı Qüvvələrini və digər güc strukturlarını ehtiyac duyulan optik cihazlarla tam təmin edir. Müəssisədə K-1 adlı top kollimatoru, MTON adlı minaatanın optik nişangahı, QON adlı qumbaraatan optik nişangahı, RS-M adlı kollimator, SAK adlı soyuq atəş kollimatoru, snayper tüfəngləri üçün STON adlı 4-14×50 və 6-24×50 böyütməyə malik iki optik nişangahlar, A-100 gecəgörmə cihazı, 7 və 10 dəfə böyütməli kompaslı prizmatik binokullar, 12 və 14 dəfə böyütmə qabiliyyətinə malik periskoplar istehsal olunur.

KATEQORIYA:
Bu xəbəri paylaş