Azərbaycan Ordusu ermənilərin hərbi texnikalarını vurdu – VİDEO

Martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, Azərbaycan Ordusunun bölmələri növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən Ermənistan tərəfi törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir”, – deyə Nazirlik bəyan edib.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş