“Azərbaycan Ordusu” qəzetinin 24 yaşı tamam olur

Bu gün Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan “Azərbaycan Ordusu” qəzetinin ilk sayının çapından 24 il ötür.

“AzeriDefence”nin məlumatına görə, ilk nömrələri “Xalq Ordusu” adıyla çıxan qəzet 1992-1994-cü illərdə cəbhədə baş verən döyüşlərin işıqlandırılmasında, sonrakı illərdə isə ordu quruculuğu sahəsində aparılan tədbirlərin ictimaiyyətə çatdırılması, Silahlı Qüvvələrin şəxsi heyəti arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayıb.

Yarandığı dövrdən – 1992-ci ilin fevral ayının 11-dən 2016-cı ilin fevral ayının 11-dək “Azərbaycan Ordusu” qəzetinin 2026 sayı işıq üzü görüb.

“Azeri Defence” jurnalı olaraq biz də “Azərbaycan Ordusu” qəzetinin kollektivini təbrik edirik!

ao1

“Azərbaycan Ordusu” qəzetinin lik kollektivi. Foto Əli Qafarovundur

KATEQORIYA:
Bu xəbəri paylaş