Azərbaycan Ordusunda daha iki fərqli səhra geyimi tətbiq olunacaq – FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrində bu ilin yay aylarından daha iki fərqli rəngdə yeni səhra geyimlərinin tətbiqinə başlanması planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin Arxa cəbhə idarəsinin rəisi, polkovnik Münasib Babayev bildirib.

Yeni geyimlər seçilmiş ərazilərdəki hərbi hissələrin şəxsi heyətinə veriləcək. Bu geyimlər rənginə görə Silahlı Qüvvələrin mövcud səhra geyimlərindən fərqlənir.

“AzeriDefence”nin məlumatına görə, yeni geyimlər “Multi-Tex” markası əsasında hazırlanır. Bu geyimlərin hazırlandığı parçaların tərkibi termal müşahidə olunmasını çətinləşdirir.

Səhra geyimləri Azərbaycandakı yerli müəssisə tərəfindən istehsal ediləcək.

yeni forma (2)

yeni forma (1)

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş