Azərbaycan Ordusunun hərbçisi həlak olub

Praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Miriyev Telman Mirbaba oğlu həlak olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə oktyabrın 27-də saat 16.00 radələrində baş verib.

Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş