Azərbaycan Ordusunun hərbçiləri qış hazırlığı kursunda iştirak edirlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Gürcüstana gedib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 18-dən martın 10-dək Gürcüstanın Saçxere şəhərində “Təməl qış dağ hazırlığı kursu” keçirilir.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş