Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələri ilə baş verən atışmada Azərbaycanın bir hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, qoşunların təmas xəttində düşmənlə atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Heydərov Əli İntiqam oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş