Azərbaycan Ordusunun hərbçisi şəhid olub

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş