Azərbaycan Ordusunun hərbi qulluqçusu düşmən təxribatı nəticəsində yaralanıb

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hərbi qulluqçuya lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

KATEQORIYA:
Bu xəbəri paylaş