Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu şəhid olub.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

KATEQORIYA:
Bu xəbəri paylaş