Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusunun meyiti tapılıb

Aprlin əvvəlində cəbhədə baş vermiş döyüş əməliyyatları zamanı itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusununun meyiti tapılıb.

Müdafiə Nazirliyindən “AzeriDefence”yə bildirilib ki, erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb.

Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır.

KATEQORIYA:
Bu xəbəri paylaş