Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun nümayəndələri Ankara şəhərində (Türkiyə Respublikası) Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsi, Konya şəhərində (Türkiyə Respublikası) “Anadolu Ankası – 2018” təliminin əsas planlaşdırma konfransı, eləcə də San-Antoniyo şəhərində (ABŞ) “Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu” və Potsuolli şəhərində (İtaliya) “Tibbi dayanıqlıq” üzrə seminara qatılıblar.

KATEQORIYA:
Bu xəbəri paylaş