Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərə qatılıblar

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun nümayəndələri Predyal şəhərində (Rumaniya) “Təməl dağa dırmanma təlim kursu”, Oberammerqau şəhərində (Almaniya) Birgə təlim konfransı, Budapeşt şəhərində “Döyüş meydanında yaralılara təcili tibbi yardımın göstərilməsi kursu”, Belqrad şəhərində (Serbiya) “REGEX 18” təliminin 5-ci planlaşdırma görüşü, Stavanger şəhərində (Norveç) tərfdaş ölkələrin milli hərbi nümayəndələri ilə seminar və Tartu şəhərində (Estoniya) “NATO-nun Tibbi qiymətləndirmə kursu”na qatılıblar.

 

KATEQORIYA:
Bu xəbəri paylaş