Azərbaycan Ordusunun qərargah zabitləri Türkiyədə təlimlərə qatılıb

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Martın 14-dən 16-dək Türkiyənin İstanbul şəhərində “Beynəlxalq hərbi elmlər və təhlükəsizlik – 2016” konfransı, martın 14-dən 19-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda NATO-nun regional kollektiv təlimi planlaşdırma kursu, martın 14-dən 25-dək İtaliyanın Latina şəhərində qüvvələrin açılmasının və hərəkətinin idarəedilməsi sistemi üzrə təməl kursu, martın 14-dən 25-dək Türkiyənin paytaxtı Ankarada qərargah zabitləri üçün böhranlara cavab əməliyyatları kursu, martın 14-dən aprelin 8-dək Türkiyənin İstanbul şəhərində əldə düzəldilmiş partlayıcı maddələrin zərərsizləşdirilməsi kursu və martın 14-dən aprelin 29-dək Böyük Britaniyanın Şrivenhem şəhərində geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə kurs keçirilir.

Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş