Azərbaycan Ordusunun yaralı zabiti dünyasını dəyişib

Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanmış Azərbaycan Ordusunun zabiti, kapitan Savalanov Nəcməddin Akif oğlu dünyasını dəyişib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

KATEQORIYA:
Bu xəbəri paylaş